KTMT-nin yeni Baş katibi fəaliyyətə başlayıb

KTMT-nin yeni Baş katibi fəaliyyətə başlayıb Yeni baş katib İmanqali Tasmaqambetov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasının iclasında təqdim olunmaqla rəsmən fəaliyyətə başlayıb.
Region
10 Yanvar , 2023 11:57
KTMT-nin yeni Baş katibi fəaliyyətə başlayıb

Yeni Baş katib İmanqali Tasmaqambetov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasının iclasında təqdim olunmaqla rəsmən fəaliyyətə başlayıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Belarusun Rusiyadakı Səfirliyinin teleqramında yazılıb.

Bildirilib ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç KTMT Daimi Şurasının iclası zamanı təşkilatın yeni Baş katibi, qazaxıstanlı İmanqali Tasmaqambetovu təqdim edib.

Qeyd edək ki, İ.Tasmaqambetov 1956-cı il dekabrın 9-da Qazaxıstanda anadan olub. O, bu illər ərzində Qazaxıstanın dövlət katibi, Baş nazir, müdafiə naziri, Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb. İ.Tasmaqambetov həmçinin 2017-2019-cu illərdə Qazaxıstanın Rusiyadakı səfiri kimi çalışıb. O, ötən ilin noyabr ayında bu vəzifəyə təyin edilib. Daha əvvəl KTMT-nin Baş katibi Stanislav Zas idi.

Xatırladaq ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.

Son xəbərlər

Orphus sistemi