Kreml: “Paşinyanın KTMT sammitində iştirakdan imtina etməsinə təəssüflənirik”

Kreml: “Paşinyanın KTMT sammitində iştirakdan imtina etməsinə təəssüflənirik” Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək sammitində iştirak etməmək qərarından təəssüflənir.
Region
14 Noyabr , 2023 13:43
Kreml: “Paşinyanın KTMT sammitində iştirakdan imtina etməsinə təəssüflənirik”

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçiriləcək sammitində iştirak etməmək qərarından təəssüflənir.

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Əgər bu, həqiqətən də belədirsə, biz təəssüf hissini ifadə edə bilərik. Başa düşürük ki, hər bir hökumət və ya dövlət başçısının iş qrafikində tədbirləri ola bilər. Amma biz ancaq təəssüf hissini ifadə edə bilərik, çünki belə görüşlər fikir mübadiləsi aparmaq, mövqeləri dəqiqləşdirmək üçün yaxşı fürsətdir”, - o vurğulayıb.

Xatırladaq ki, noyabrın 23-də Belarusun paytaxtı Minskdə KTMT ölkələrinin liderlərinin növbəti sammiti keçiriləcək. Daha əvvəl Ermənistan hökumətinin mətbuat xidməti N.Paşinyanın sammitdə iştirak etməyəcəyini bəyan edib. N.Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonu bu barədə məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi