Koçaryan Paşinyanı məhkəməyə verib

Koçaryan Paşinyanı məhkəməyə verib Keçmiş prezident ona dəyən mənəvi ziyanın ödənilməsini tələb edir
Region
8 Aprel , 2021 14:45
Koçaryan Paşinyanı məhkəməyə verib
Robert Koçaryan və Nikol Paşinyan

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ölkənin baş naziri Nikol Paşinyanı məhkəməyə verib.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Məhkəmə Sistemi yayıb.

Robert Koçaryan ona qarşı başlamış və sonradan ləğv edilmiş cinayəti işi ilə bağlı iddia irəli sürüb. Keçmiş prezident ona dəyən mənəvi ziyanın ödənilməsini tələb edir.

R.Koçaryan N.Paşinyandan onunla bağlı verdiyi bəyanatları təkzib etməsini və 4 milyon dram (8 min dollara yaxın) məbləğində kompensasiya ödəməsini tələb edir.

Qeyd edək ki, Ermənistan Konstitusiya Məhkəməsi Robert Koçaryana qarşı irəli sürülmüş konstitusiya quruluşunu devirmək ittihamlarını geri götürüb.

Yerevanınn ümumi yurisdiksiyasının hakimi Anna Danibekyan Konstitusiya Məhkəməsinin 300.1-ci maddəsini (konstitusiya quruluşunun devrilməsi) konstitusiyaya zidd elan edərək “martın 1-i” işinə xitam verilməsi barədə qərar qəbul edib.

İngilis versiyası Kocharyan sues Pashinyan

Son xəbərlər

Orphus sistemi