Kobaxidze: Gürcüstan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsində mühüm rol oynayır

Region
  • 22 dekabr, 2025
  • 13:04
Kobaxidze: Gürcüstan Cənubi Qafqazda sülhün möhkəmləndirilməsində mühüm rol oynayır

Gürcüstan regionda, xüsusilə də Cənubi Qafqazda sülhün möhkəmləndirilməsində mühüm rol oynayır və bu istiqamətdə diplomatik korpusun fəaliyyəti gələcəkdə də davam etdirilməlidir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze Səfirlər Konfransında çıxışı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, gürcü diplomatlar beynəlxalq arenada ölkənin səsini təmsil edir, onların əsas vəzifələrindən biri Gürcüstanın bağlantı və tranzit funksiyasını daha da gücləndirməkdir.

İ.Kobaxidze qeyd edib ki, cari il ərzində bu sahədə mühüm işlər görülüb və qarşıdakı illərdə də bu istiqamətdə səylər artırılmalıdır.

"Xatırlatmaq istəyirəm ki, siz – gürcü diplomatlar beynəlxalq səhnədə Gürcüstanın səsisiniz. Bu səs qətiyyətli, əsaslandırılmış və hər zaman ölkəmizin milli maraqlarına fokuslanmış olmalıdır. Bu il diplomatlarımızın səsi beynəlxalq müstəvidə aydın şəkildə eşidildi və əminik ki, gələn il də diplomatik korpusumuz eyni məsuliyyətlə fəaliyyətini davam etdirəcək", – deyə hökumət başçısı vurğulayıb.

Baş nazir diplomatik korpusun milli maraqların qorunmasındakı rolunun əvəzsiz olduğunu vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, həmçinin 2026-cı ilin Gürcüstan üçün uğurlu il olacağına ümidvar olduğunu qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti