Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev yaxınlığındakı ofisində yanğın qeydə alınıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko bildirib.
O qeyd edib ki, hadisə Məhkəmə Ekspertizası Mərkəzinin anbarında baş verib.
Yanğına səbəb bina yaxınlığında baş vermiş partlayış olub.
Hadisə yerində Milli Polisin müstəntiqləri və kriminalistlər işləyir.
Nəticə barədə hələlik məlumat yoxdur.
Kiyev vilayətində baş vermiş partlayış nəticəsində yaralananlar var.
“Report” xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko teleqramda yazıb.
Məlumata görə, partlayışın səbəbi hava hücumu olmayıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə çalışırlar.
Ukraynanın Kiyev vilayətinin Svyatoşinski rayonunda partlayış baş verib.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, səmada qara tüstü görünüb.
Hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməyib.
Hadisə yerinə təcili xidmət əməkdaşları cəlb olunub.
Partlayışın səbəbi və təfərrüatı məlum deyil.