Kahramanmaraş valisi: "Azərbaycan" məhəlləsinin inşası dövlətlərimizin gücünün rəmzidir

Region
  • 19 iyun, 2025
  • 16:03
Kahramanmaraş valisi: Azərbaycan məhəlləsinin inşası dövlətlərimizin gücünün rəmzidir
Mustafa Levent Sungur

Türkiyənin Kütləvi Mənzil Tikintisi İdarəsinin (TOKİ) rəhbəri Mustafa Levent Sungur Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bu barədə “Report”un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir.

O qeyd edib ki, şəhərdə "Azərbaycan" məhəlləsinin salınması Azərbaycanla Türkiyə arasında birliyin və qardaşlığın göstəricisidir.

Türkiyənin Kahramanmaraş vəyalətinin valisi Mükerrem Ünlüer isə qeyd edib ki, Azərbaycanın göstərdiyi vəfa və qardaşlıq heç vaxt unudulmayacaq:

“250 mininci mənzilin açılışı ilə vətəndaşlarımıza evlərini təhvil verəcəyik. Bu, gələcəyə ümidin və dövlətlərimizin gücünün rəmzidir".