İstanbulda terror aktında yaralananlardan 71-i xəstəxanadan buraxılıb
Region
- 19 noyabr, 2022
- 14:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində törədilən terror aktından sonra 71 nəfər xəstəxanadan buraxılıb, 10 nəfərin müalicəsi davam edir.
“Report” xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə deyib.
"Səkkiz nəfərin müalicəsi palatalarda davam edir, ikisi isə reanimasiyadadır", - nazir tviterdə yazıb.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Terror aktını törətməkdə şübhəli bilinən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.
Son xəbərlər
00:52
UKMTO: İranın Lavan adası yaxınlığında gəmi naməlum mərmi ilə vurulub
Digər ölkələr
00:21
Foto
Video
Tovuzda idarəetmədən çıxan avtomobil kanala aşıb, yaralılar var
Hadisə
00:14
Husilər Ədən hava limanına və prezident sarayına zərbələr endirib
Digər ölkələr
23:56
"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
Futbol
23:50
"The Hill": Şimali Koreya hakerləri "Binance"a hücumun arxasında dayana bilər
Digər ölkələr
23:33
ABŞ diplomatlarını Səudiyyə Ərəbistanından çıxarır
Digər ölkələr
23:20
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
Digər ölkələr
23:16
Rusiyada polis əməkdaşları yük maşını ilə toqquşmada həlak olub
Region
22:43
Uruqvayda hərbi təlim zamanı üç hərbçi boğularaq ölüb
Digər ölkələr