İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur

Region
  • 03 noyabr, 2026
  • 22:46
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur

İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai Tehranla Vaşinqton arasında razılaşmada yeni irəliləyişin olmadığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə XİN nümayəndəsi dövlət televiziyasına açıqlamasında deyib.

O bildirib ki, tərəflər arasında vasitəçilər üzərindən mesaj mübadiləsi əvvəlki qaydada davam edir.

Bəqai ABŞ-nin keçmişdəki mövqeyinin Vaşinqton administrasiyasının diplomatiyaya səmimiliyi ilə bağlı nikbinliyə əsas vermədiyini iddia edib: "İran öz maraqlarını və legitim tələblərini təmin etmək, qarşı tərəfin təhdidlərini aradan qaldırmaq və regionda təhlükəsizliyi qorumaq məqsədilə diplomatik imkanlardan istifadə etməkdən imtina etməyib".

İranlı rəsmi ölkənin silahlı qüvvələrinin mümkün hücumlara qarşı ən yüksək səviyyədə müdafiəyə və güclü cavab tədbirlərinə hazır olduğunu vurğulayıb.