İranla Türkiyə arasında dördüncü beynəlxalq terminal açılacaq

İranla Türkiyə arasında dördüncü beynəlxalq terminal açılacaq İranla Türkiyə arasında dördüncü beynəlxalq terminal açılacaq.
Region
3 Oktyabr , 2024 15:42
İranla Türkiyə arasında dördüncü beynəlxalq terminal açılacaq
Məhəmmədsadiq Mütəmadian

İranla Türkiyə arasında dördüncü beynəlxalq terminal açılacaq.

“Report” “Mehr” informasiya agentliyinə istinadən xəbər verir ki, bunu Qərbi Azərbaycan əyalətinin valisi Məhəmmədsadiq Mütəmadian İran və Türkiyə sərhədyanı əyalətlərin valilərin yeddinci toplantısı çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan əyalətinin Salmas rayonun Kuzereş sərhəd yanı bölgədə dördüncü terminalın açılması istiqamətində hazırlıq işlər görülür.

Vali deyib ki, Urmiya və Salmasda, habelə İranla Türkiyə sərhədində yerləşən Makuda azad iqtisadi zona fəaliyyət göstərəcək.

Məhəmmədsadiq Mütəmadian bildirib ki, İranın Xoy Türkiyənin Van və Mersin rayonlarından dəmir yolu nəqliyyatını gücləndirmək və maneələri aradan qaldırmaq, Razi-Cap Xoy sərhədinin kommersiyalaşdırılmasını, terminalların və Kuzerəşin açılışını və tikintisini sürətləndirmək lazımdır.

Son xəbərlər

Orphus sistemi