Helikopter qəzasında həlak olan İran Prezidentinin adına yaradılan fondun nizamnaməsi açıqlanıb

Helikopter qəzasında həlak olan İran Prezidentinin adına yaradılan fondun nizamnaməsi açıqlanıb İran Prezidenti Məsud Pezeşkian helikopter qəzasında həlak olan səkkizinci hökumət başçısı İbrahim Rəisinin adına yaradılan fondun nizamnaməsi açıqlayıb.
Region
25 Dekabr , 2024 16:39
Helikopter qəzasında həlak olan İran Prezidentinin adına yaradılan fondun nizamnaməsi açıqlanıb

İran Prezidenti Məsud Pezeşkian helikopter qəzasında həlak olan səkkizinci hökumət başçısı İbrahim Rəisinin adına yaradılan fondun nizamnaməsi açıqlayıb.

“Report” xəbər verir ki, “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, fond İbrahim Rəisinin mədəni, siyasi, hüquq-mühafizə, məhkəmə tarixi, idarəçilik və idarəçiliyə yanaşmasının, əxlaqi, əməli davranışının, hüquqi düşüncələrinin aydınlaşdırılması və dərinləşdirilməsini təbliğ edəcək.

Bildirilib ki, korrupsiya ilə mübarizə, insanların və idarəetmə sistemlərinin problemlərinə milli, beynəlxalq səviyyədə sivil yanaşma ilə cavab verilməsi istiqamətində səmərəli elmi və praktiki fəaliyyətə görə iki ildən bir İbrahim Rəisi mükafatı veriləcək.

Vurğulanıb ki, Fondun prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Aləm əl-Hadidir.

Qeyd edək ki, İbrahim Rəisi 2024-cü il mayın 19-da helikopter qəzasında ölüb.

Son xəbərlər

Orphus sistemi