İran İnqilab Məhkəməsinin Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərindəki şöbəsi siyasi məhbuslar Mehran Həsənzadə və Həmid Abdullahzadə barəsində edam hökmü çıxarıb.
“Report” “İran İnternational”a istinadən xəbər verir ki, məlumatı İran İnsan Hüquqları (HRAN) yayıb.
Bildirilib ki, Mehran Həsənzadə “dövlətə xəyanət”, Həmid Abdullahzadə isə “müxalifət partiyalardan birinə üzv” olmaqda ittiham olunub.
Mehran Həsənzadə İran İnqilab Keşikçiləri Qvardiyasının, bəsic yarımhərbi silahlı qüvvəsinin döyüşçüsünü öldürməkdə ittiham olunur.
HRAN hesabatında bildirib ki, 2023-cü il oktyabrın 10-dan 2024-cü ilin uyğun dövrünədək İranda azı 811 nəfər barəsində çıxarılan edam hökmü icra olunub.
“Radio Farda”ının məlumatına görə, qadın hüquqlarının müdafiəçisi, siyasi məhbus Atefə Rəngrizin azadlıqdan məhrumolma müddəti yeddi il artırılıb. O, “Telegram qrupu” yaratmaqda və “sistemə qarşı təbliğat aparmaqda” təqsirli bilinib.
Bu barədə vəkili Hüseyn Tac bildirib. Onun sözlərinə əsasən, müvəkkili məzuniyyətdə olduğu müddətdə cəzası artırılıb.
Bildirilib ki, son illərdə Atefe Rəngriz bir neçə dəfə həbs olunub.