İranda etirazçılar əhalini üçgünlük tətilə çağırıblar
Region
- 05 dekabr, 2022
- 02:44
İranda etirazçılar bu həftə əhalini üçgünlük tətilə çağırıblar və İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri “əxlaq polisi”nin ləğvini elan etdikdən sonra hakimiyyətə təzyiqləri gücləndiriblər.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
“Əxlaq polisi”nə nəzarət edən ölkənin Daxili İşlər Nazirliyi onun ləğv olunduğunu təsdiqləməyib və İranın dövlət mediası bildirib ki, Montazeri polisin fəaliyyətinə nəzarət edən səlahiyyətli şəxs deyil.
Qeyd edək ki, İranda etirazlar hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əminin ölümündən sonra başlayıb. İran hüquq mühafizə orqanları etirazlarda iştirak edən 462 nəfəri qətlə yetirib. Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.
Son xəbərlər
06:50
Azərbaycan və BƏƏ XİN rəhbərləri Əbu-Dabidə strateji tərəfdaşlığı müzakirə edib
Xarici siyasət06:47
ABŞ Konqresində nadir torpaq elementlərinin hasilatının artırılması haqqında qanun qəbul edilib
Digər ölkələr06:04
Tramp təhlükəsizliyi ilə bağlı narahat olduğunu bildirib
Digər ölkələr05:42
Foto
BMT rəsmisi: Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa diqqət ayırması əhəmiyyətlidir
Xarici siyasət05:24
Quterreş: Rusiya-ABŞ müqaviləsinin müddətinin başa çatması beynəlxalq təhlükəsizliyi təhdid edir
Digər ölkələr04:57
BMT-nin ali nümayəndəsi: İlham Əliyev sülh naminə dialoqun əsas təşəbbüskarlarındandır
Xarici siyasət04:47
"Spiegel": Almaniya Şimali İraqdakı hərbi kontingentini azaldır
Digər ölkələr04:44
İzmirdə 28 qanunsuz miqrant saxlanılıb
Region04:35