İranda güclü leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində ən azı 10 nəfər ölüb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın “ILNA” agentliyi Qızıl Aypara Cəmiyyəti Xilasetmə Təşkilatının rəhbəri Mehdi Vəlipur məlumat verib.
“Daşqın İranın İsfahan, Yəzd, Cənubi Xorasan, Rəzavi Xorasan, Kirman, Semnan, Tehran, Sistan və Bəlucistan vilayətlərini əhatə edib. Yəzd, Kirman və Cənubi Xorasan vilayətlərində aparılmış axtarış-xilasetmə əməliyyatları zamanı itkin düşmüş hesab edilən 10 nəfərin cəsədi tapılıb” - o deyib.
Vəlipurun qeyd etdiyi kimi, 48 evin sakinlərini təxliyə etmək lazım gəlib, təxminən 100 nəfər xilas edilib: “Altı şəhər və 47 kənd zərər görüb. 78 xilasetmə qrupu, xüsusi avtonəqliyyat və helikopterlər yardım göstərilməsində iştirak edir”.
Hökumət zərər görmüş bölgələrin sakinlərinə humanitar yardım göstərir.