İran Prezidenti: Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı bütün məsələlərə tam nəzarət edəcəyik

İran Prezidenti: Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı bütün məsələlərə tam nəzarət edəcəyik İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin məhkəməsi ilə bağlı hüquqi proseslər tam həyata keçirilənə qədər bu məsələyə nəzarət edəcəklərini bəyan edib.
Region
14 Oktyabr , 2024 16:33
İran Prezidenti: Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı bütün məsələlərə tam nəzarət edəcəyik

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin məhkəməsi ilə bağlı hüquqi proseslər tam həyata keçirilənə qədər bu məsələyə nəzarət edəcəklərini bəyan edib.

“Report”un İran prezidentinin saytına istinadən verdiyi xəbərə görə, o, bunu Azərbaycan baş nazirinin müavini Şahın Mustafayevlə görüşdə bildirib.

Məlumata görə, Şahin Mustafayev İran İslam Respublikası ilə əlaqələri genişləndirməyə hazır olduqlarını bəyan edərək deyib:

“İranla əlaqələri daha da genişləndirmək istəyirik. Biz iqtisadiyyat, ticarət, enerji mübadiləsi xətləri, mədəniyyət, tranzit, ümumi yol və dəmir yollarının tamamlanması, inkişafı, təhlükəsizlik və müdafiə sahələrində İranla əlaqələrimizə böyük əhəmiyyət veririk”.

Son xəbərlər

Orphus sistemi