İran Hava Hücumundan Müdafiə Qüvvələri Natanz bölgəsində partlayışa səbəb olan sınaq atışlarını təsdiqləyib.
"Report" İRNA-ya istinadən xəbər verir ki, Natanzda raket sistemlərindən biri döyüş hazırlığını qiymətləndirmək üçün sınaqdan keçirilib.
"Narahatlığa heç bir əsas yoxdur", - məlumatda deyilir.
İRNA-nın məlumatına görə, partlayışın yaxınlıqdakı nüvə obyekti ilə heç bir əlaqəsi yoxdur. Hadisə nəticəsində insan itkisi və dağıntı olmadığı qeyd edilir.
İranın Natanz şəhərində bu gün baş verən partlayışın yaxınlıqdakı nüvə obyekti ilə heç bir əlaqəsi yoxdur.
"Report" xəbər verir ki, bu barədə IRNA agentliyi mənbəyə istinadən məlumat yayıb.
Hadisə nəticəsində itkilərin olmadığı qeyd edilir.
Qeyd edilir ki, partlayış raketdən müdafiə sisteminin işə salınması nəticəsində baş verib.