İran MSQ-nin mətbuat katibi: İkinci turda səsverməyə gələnlərin sayı birinci mərhələdəkindən çoxdur

İran MSQ-nin mətbuat katibi: İkinci turda səsverməyə gələnlərin sayı birinci mərhələdəkindən çoxdur Birinci turla müqayisədə ikinci mərhələdə səsvermədə iştirak edənlərin sayı çoxalıb.
Region
5 İyul , 2024 15:35
İran MSQ-nin mətbuat katibi: İkinci turda səsverməyə gələnlərin sayı birinci mərhələdəkindən çoxdur

Birinci turla müqayisədə ikinci mərhələdə səsvermədə iştirak edənlərin sayı çoxalıb.

“Report” İSNA-ya istinadən xəbər verir ki, bunu İran Mərkəzi Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami jurnalistlərə açıqlamasında bildirib.

O, namizədlərin nümayəndələrinin təbliğat aparmaq hüququnun olmadığını və seçki məcəlləsi ilə bağlı başqa məsələləri xatırladıb: “Seçki komissiyalarının, müfəttişlərin və müşahidəçilərin işinə müdaxilə edənlər seçki məntəqəsindən xaric ediləcək”.

Qeyd edək ki, İranda prezident seçkilərinin birinci turu iyunun 28-də keçirilib. Bu post uğrunda mübarizə aparan dörd namizəddən heç biri 50 faizdən artıq səs toplaya bilmədiyindən iyulun 5-də ikinci tur keçirilir. Mübarizə əsasən Məsud Pezeşkian və Səid Cəlili arasında gedir.

Son xəbərlər

Orphus sistemi