İran AEBA ilə monitorinq üzrə razılaşma əldə olunduğunu açıqlayıb

İran AEBA ilə monitorinq üzrə razılaşma əldə olunduğunu açıqlayıb Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranda zəruri monitorinqi həyata keçirəcək
Region
22 Fevral , 2021 14:19
İran AEBA ilə monitorinq üzrə razılaşma əldə olunduğunu açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranda zəruri monitorinqi həyata keçirəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə brifinqdə bildirib.

“AEBA-nın tələb etdiyi müəyyən zəruri monitorinq təhlükəsizlik zəmanəti üzrə öhdəliklər çərçivəsində həyata keçiriləcək”, - o deyib.

XİN rəsmisi AEBA-nın baş direktoru Rafael Qrossinin ölkəyə səfərinin nəticəsini əhəmiyyətli diplomatik nailiyyət adlandırıb.

S.Xətibzadə əldə olunmuş razılığın AEBA ilə genişləndirilmiş yoxlamalara dair əlavə protokolun tətbiqini dayandırmağı məcbur edən parlament qərarına zidd olmadığını da vurğulayıb.

Xatırladaq ki, Tehrana səfərinin yekununda R.Qrossi İranla AEBA-nın bu ölkədə lazımi yoxlama fəaliyyətlərini və monitorinqlərini davam etdirəcəyinə imkan verən yaxşı nəticə və müvəqqəti texniki anlaşma əldə edildiyini söyləyib. Birgə açıqlamaya görə, yoxlamalar üç aya qədər davam edəcək və qanuna zidd olmayacaq.

İranın Atom Enerjisi Təşkilatı isə öz növbəsində rəsmi Tehranın AEBA-ya bəzi nüvə obyektləri ilə bağlı məlumat əldə etmək üçün sanksiyaları ləğvi etməyə üç ay müddət verdiyini bildirib. İran məlumatları AEBA-ya ötürmədən üç ay saxlayacaq. Sanksiyalar ləğv olunmasa, qeydlər silinəcək.

Son xəbərlər

Orphus sistemi