İKGF prezidenti: “Bu il ərzində Kazan İƏT çərçivəsində əməkdaşlığı daha da gücləndirib”

Region
  • 15 dekabr, 2022
  • 12:16
İKGF prezidenti: “Bu il ərzində Kazan İƏT çərçivəsində əməkdaşlığı daha da gücləndirib”

“Kazan – İƏT-nin 2022-ci il üçün gənclər paytaxtı” ilinin nəticəsi müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrlə 30-a yaxın sazişin imzalanması olacaq".

"Report" xəbər verir ki, bunu Rusiya Federasiyasının Tatarıstan Respublikasının gənclərlə iş üzrə naziri Timur Süleymanov mətbuat konfransında deyib.

O bildirib ki, bu beynəlxalq proqram sayəsində il ərzində sahibkarlıq, kiberidman, incəsənət və bir çox digər sahələrdə əməkdaşlıq inkişaf etdirilib. Həmçinin, bu sahələrdə əməkdaşlığın inkişafı üzərində işləyəcək beynəlxalq gənclər mərkəzinin yaradılması qərara alınıb.

“Bundan başqa, bu il İƏT-ə üzv ölkələrlə 30-a yaxın saziş imzalanıb”, - T.Süleymanov söyləyib.

O qeyd edib ki, bu il 136 ölkədən olan gəncləri “Kazan – İƏT-nin 2022-ci il üçün gənclər paytaxtı” çərçivəsində müxtəlif proqramlarda iştirak etmək üçün ərizələr göndərib, bununla da Tatarıstanın paytaxtı dünyanın müxtəlif ölkələrindən gələn gənclərin fikir mübadiləsi və əməkdaşlıq platformasına çevrilib.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) prezidenti Taha Ayxan Kazanın zəngin tarixə malik şəhər olduğunu vurğulayıb.

"İƏT-nin gənclər paytaxtı seçilməzdən əvvəl Kazanda həyata keçirilən təşəbbüslər bu şəhərin qalib olmasına zəmin yaradıb", - o bildirib.

Onun sözlərinə görə, bu il Kazan İƏT çərçivəsində əməkdaşlığı daha da gücləndirib.

44 filmi