Hulusi Akar: “Türkiyə və ABŞ-ın F-16-ların tədarükü barədə danışıqları yaxşı keçib”

Hulusi Akar: “Türkiyə və ABŞ-ın F-16-ların tədarükü barədə danışıqları yaxşı keçib” Türkiyə və ABŞ arasında F-16 qırıcılarının tədarükü ilə bağlı Vaşinqtonda aparılan danışıqlar yaxşı keçib.
Region
435
23 Yanvar , 2022 19:41
Hulusi Akar: “Türkiyə və ABŞ-ın F-16-ların tədarükü barədə danışıqları yaxşı keçib”
Hulusi Akar

Türkiyə və ABŞ arasında F-16 qırıcılarının tədarükü ilə bağlı Vaşinqtonda aparılan danışıqlar yaxşı keçib.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Yeni F-16-ların tədarükü və modernləşdirilməsi ilə bağlı rəsmi müraciətlər edilib. Bundan sonra nümayəndə heyəti ABŞ-a getdi, danışıqlar müsbət oldu. Biz mövqeyimizi açıq şəkildə bildirdik. Bunun həm də NATO-nun güclənməsinə köməyini izah etdik”, - nazir deyib.

“Türkiyə güclüdürsə, NATO-da da güclüdür Türkiyənin gücü NATO-nun gücüdür”, - Hulusi Akar əlavə edib.

Bundan əvvəl CNN-Türk amerikalı mənbələrinə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar Qara dənizdə NATO-dan olan müttəfiqlərini gücləndirmək üçün Türkiyənin F-16 qırıcılarının alınması ilə bağlı müraciətini təsdiqləyə bilər.

Son xəbərlər

Orphus sistemi