Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkənin xarici siyasəti ilə bağlı çıxışında deyib.
O bildirib ki, sülh istəyənlər də var: “Hazırda iki qütb arasında rəqabət gedir”.
H.Fidan söyləyib ki, Yaxın Şərqdəki hadisələr beynəlxalq sistemin iflas etdiyini göstərir.