Hakan Fidan: "Regionda sülhün təmin olunması Türkiyə xarici siyasətinin prioritetidir"

Hakan Fidan: "Regionda sülhün təmin olunması Türkiyə xarici siyasətinin prioritetidir" Regionda sülhün təmin olunması Türkiyə xarici siyasətinin prioritetidir.
Region
16 Yanvar , 2024 16:51
Hakan Fidan: Regionda sülhün təmin olunması Türkiyə xarici siyasətinin prioritetidir

Regionda sülhün təmin olunması Türkiyə xarici siyasətinin prioritetidir.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin terrorla mübarizəsi də bu kursun əsas tərkib hissəsidir.

H.Fidan söyləyib ki, son terrorçu məhv edilənə qədər Türkiyənin mübarizəsi davam edəcək: "Terrorçular artıq Türkiyə üçün o qədər də ciddi təhdid yaratmırlar. Onlar daha çox Suriya və İraqın təhlükəsizliyinə təhdiddirlər. Terrorçular üçüncü güclərin dəstəyi ilə mövcudluqlarını davam etdirirlər".

Nazir diqqətə çatdırıb ki, terrorla mübarizə uğurla davam edir: "Əməliyyatlar nəticəsində terrorçuların "rəhbərləri" öldürülür".

O əlavə edib ki, PKK ABŞ ilə əməkdaşlıq edərək Suriyanı bölməyə çalışır. Türkiyə Suriyada terror dövlətinin yaradılmasına imkan verməyəcək. Türkiyənin mübarizə apardığı terror təşkilatlarının ortaq cəhəti Qərbdən maliyyələşmələridir.

Son xəbərlər

Orphus sistemi