Hakan Fidan Qəzzadakı vəziyyətlə bağlı xəbərdarlıq edib

Hakan Fidan Qəzzadakı vəziyyətlə bağlı xəbərdarlıq edib Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzzadakı vəziyyətlə bağlı xəbərdarlıq edib.
Region
24 İyul , 2024 17:17
Hakan Fidan Qəzzadakı vəziyyətlə bağlı xəbərdarlıq edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzzadakı vəziyyətlə bağlı xəbərdarlıq edib.

“Report” xəbər verir ki, o, bu barədə “Sky News Arabia” telekanalına müsahibəsində deyib.

Nazir bildirib ki, Fələstin məsələsinin çözümü üçün ikidövlətli həlli yolu tapılmalıdır:

“Əks halda, dördüncü Qəzza müharibəsi başlayacaq və biz müntəzəm qaydada müharibələrlə məşğul olmalı olacağıq”.

H. Fidan həmçinin əlavə edib ki, ikidövlətli həllə bağlı razılıq əldə olunarsa, Türkiyə bu prosesdə zamin kimi çıxış edə bilər.

Son xəbərlər

Orphus sistemi