Fransanın paytaxtı Parisdə keçirilən III Yay Olimpiya Oyunlarına ayrılan vəsait yetərli olmayıb, xeyli sayda satılmamış bilet var.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının Fransaya ezam olunan müxbiri Emre Timurun Paris Olimpiadası ilə bağlı hazırladığı süjetdə qeyd olunub.
Bildirilib ki, idmançıların yarışı üçün nəzərdə tutulan suda bakteriya aşkarlanıb.
Onun sözlərinə görə, Parisin infrastrukturunda da ciddi problemlər var: “Bu isə daşınmalara mane olur. Həm yerli insanlar, həm də turistlər bu vəziyyətdən narazıdırlar. İctimai nəqliyyatın qiyməti iki dəfə bahalaşıb. Bu isə yerli əhalinin narazılığını daha da artırır”.
E.Timur deyib ki, ölkədə Olimpiada ab-havası hiss olunmur.
Müxbir Fransanın dövlət kanalının olimpiadanı siyasiləşdirməsinə də diqqət çəkib.