Gürcüstanın yeni hökuməti təsdiqləndi

Gürcüstanın yeni hökuməti təsdiqləndi Gürcüstan parlamenti yeni hökumətin tərkibinə etimad göstərib.
Region
24 Dekabr , 2020 19:40
Gürcüstanın yeni hökuməti təsdiqləndi

Gürcüstan parlamenti yeni hökumətin tərkibinə etimad göstərib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, 85 deputat yeni hökumətin lehinə səs verib.

Giorgi Qaxariyanın başçılıq edəcəyi nazirlər kabinetində bir yeni nazir yer alıb. O, ədliyyə naziri Qoça Lortkipanidzedir. Nazir bu ilin dekabrın 19-da Beynəlxalq Ədalət Məhkəməsinə hakim seçildiyindən bir neçə aydan sonra vəzifəsini tərk edəcək.

Yeni hökumət bu tərkibdə təsdiqlənib:

Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili

İqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava

Müdafiə naziri İrakli Qaribaşvili

Məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterina Tikaradze

Ədliyyə naziri Qoça Lortkipanidze

Regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili

Xarici işlər naziri David Zalkaliani

Maliyyə naziri İvane Maçavariani

Daxili işlər naziri Vaxtanq Qomelauri

Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani

Son xəbərlər

Orphus sistemi