Gürcüstanda mikroavtobus dərəyə aşıb, ölənlərin sayı artdı

Gürcüstanda mikroavtobus dərəyə aşıb, ölənlərin sayı artdı Gürcüstanın Duşeti bələdiyyəsində mikroavtobus 80 metrə yaxın hündürlükdən dərəyə aşıb.
Region
23 Avqust , 2020 22:34
Gürcüstanda mikroavtobus dərəyə aşıb, ölənlərin sayı artdı

Gürcüstanda mikroavtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 17-yə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Xəsarət alan üç nəfər xəstəxanaya çatdırılıb.

Relyefin mürəkkəbliyi və çətin meteoroloji şəraitə baxmayaraq, axtarış-xilasetmə əməliyyatı davam etdirilir. 

Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir Giorgi Qaxaria qəzada ölənlərin yaxınlarına başsağlığı veriblər.

22:34

Gürcüstanın Duşeti bələdiyyəsində mikroavtobus 80 metrə yaxın hündürlükdən dərəyə aşıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İlkin məlumatlara əsasən, qəza nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə ağır xəsarətlər alıb.

Avtomobildə olan digər sərnişinlərin axtarışı və xilas olunması üzrə əməliyyat davam etdirilir.

Faktla bağlı istintaqa başlanılıb. 

Son xəbərlər

Orphus sistemi