Gürcüstanda bir neçə polis əməkdaşı və həkim koronavirusa yoluxub

Region
  • 23 aprel, 2020
  • 09:35
Gürcüstanda bir neçə polis əməkdaşı və həkim koronavirusa yoluxub

Gürcüstan Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı koronavirusa yoluxub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ekaterina Tikaradze brifinqdə bildirib.

Nazirin sözlərinə görə, koronavirus diaqnozu qoyulan polis əməkdaşlarının vəziyyəti təhlükəli deyil.

O bildirib ki, 20-yə yaxın həkimdə də COVID-19 infeksiyası aşkarlanıb.

E.Tikaradze Gürcüstan ordusunda koronavirusa heç bir yoluxma halının qeydə alınmadığını deyib.