Gürcüstan Prezidentinə qarşı impiçment prosesi başlayıb

Gürcüstan Prezidentinə qarşı impiçment prosesi başlayıb Gürcüstan Prezidenti Salome Zurabişviliyə qarşı impiçment prosesi başlayıb.
Region
11 Sentyabr , 2023 16:59
Gürcüstan Prezidentinə qarşı impiçment prosesi başlayıb

Gürcüstan Prezidenti Salome Zurabişviliyə qarşı impiçment prosesi başlayıb.

“Report” xəbər verir ki, parlamentin Prosessual məsələlər və reqlament komitəsi impiçment proseduruna başlamaq üçün tələb olunan əksər deputatların imzalarının həqiqiliyini təsdiqləyib.

Hakim "Gürcü Arzusu” fraksiyasından olan deputat İrakli Kadaqişvili S.Zurabaşvilinin konstitusiyanın tələblərini kobud şəkildə pozduğunu bildirib.

Vurğulanıb ki, impiçmentlə bağlı ümumilikdə 80 deputatın imzası toplanıb. Onlar Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

Qeyd edək ki, sentyabrın 1-də S.Zurabişviliyə qarşı impiçmentlə bağlı hakim "Gürcü Arzusu" Partiyası imzatoplama kampaniyasına başlayıb.

S.Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədilə Avropaya səfər edib. Gürcüstan hökuməti isə onun bu səfərini qəbuledilməz sayıb.

Prezidentə impiçment göstərilməsi üçün deputatların 2/3-nin razılığı kifayətdir. Parlamentdə hakim partiyanın 84 üzvü var. İmpiçmentə isə 100 səs lazımdır. 50 deputatın imzası etimadsızlıqla bağlı prosedura başlamaq üçün kifayətdir.

Son xəbərlər

Orphus sistemi