Gürcüstan Prezidenti hakim partiyanı anti-Qərb təbliğatında ittiham edib

Gürcüstan Prezidenti hakim partiyanı anti-Qərb təbliğatında ittiham edib Gürcüstanın hakim partiyası “Gürcü arzusu - Demokratik Gürcüstan” anti-Qərb təbliğatı aparır, Rusiya ilə sıx əlaqələr qurur.
Region
6 Fevral , 2024 13:57
Gürcüstan Prezidenti hakim partiyanı anti-Qərb təbliğatında ittiham edib
Salome Zurabişvili

Gürcüstanın hakim partiyası “Gürcü arzusu - Demokratik Gürcüstan” anti-Qərb təbliğatı aparır, Rusiya ilə sıx əlaqələr qurur.

“Report” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentdə illik hesabatı ilə bağlı çıxışında deyib.

“Dövlət miqyasında anti-Qərb və psevdomilli təbliğat aparılır, rusiyayönlü qruplar həvəsləndirilir və maliyyələşdirilir, dövlət qurumlarına kiberhücumlar daha tez-tez baş verir. Əslində, bu, bizim seçkilərdən nə gözləməli olduğumuza işarədir. Hibrid müharibə kateqoriyasına iqtisadiyyata birbaşa təsir göstərən və ümumilikdə ölkənin Rusiya pul və bazarlarından asılılığını, habelə Rusiya kapitalının ölkədəki payını artıran kütləvi Rusiya immiqrasiyasını əhatə edir”, - o vurğulayıb.

Onun sözlərinə görə, hakim partiyanın hibrid strategiyası bir sıra müxtəlif təxribatlara, o cümlədən Rusiya ilə hava nəqliyyatının bərpasına və Rusiya kruiz gəmisinin Batumiyə daxil olmasına əsaslanır.

S.Zurabişvilinin fikrincə, bütün bunlar qarşıdurmanı qızışdırmaq və cəmiyyətdə sabitliyi pozmaq təhlükəsi yaratmaq məqsədi daşıyır.

Xatırladaq ki, bu, onun prezident kimi son illik hesabatıdır. Onun səlahiyyət müddəti 2024-cü ilin payızında başa çatır.

Son xəbərlər

Orphus sistemi