Gürcüstan Azərbaycanla sərhəd danışıqlarını aktivləşdirəcək

Gürcüstan Azərbaycanla sərhəd danışıqlarını aktivləşdirəcək “Gürcüstan hökuməti üçün dövlət sərhədlərinin delimitasiyası növbəti dörd il üçün də əsas prioritetlərdən biri olaraq qalacaq”.
Region
24 Dekabr , 2020 17:04
Gürcüstan Azərbaycanla sərhəd danışıqlarını aktivləşdirəcək
Giorgi Qaxaria

“Gürcüstan hökuməti üçün dövlət sərhədlərinin delimitasiyası növbəti dörd il üçün də əsas prioritetlərdən biri olaraq qalacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Qaxariya parlamentdə Azərbaycan və Ermənistanla sərhədlərin müəyyən edilməsi ilə bağlı suala cavabında deyib.

Onun sözlərinə görə, bu məsələdə ilk növbədə milli maraqların qorunması və mehriban qonşuluq münasibətləri arasında düzgün tarazlıq başlanğıc nöqtə olacaq.

G.Qaxariya bildirib ki, 2021-2022-ci illərdə sərhəd danışıqları daha da aktivləşdiriləcək: “Sərhədlərin delimitasiya-demarkasiyası potensial riskli məsələlərdən biridir. Buna görə də bölgədə hər bir normal və sülhsevər oyunçu bu məsələnin həllində maraqlı olmalıdır”.

Son xəbərlər

Orphus sistemi