Gürcü siyasətçilər: Avropada psevdoliberallar problemləri gizlətmək istəyirlər

Gürcü siyasətçilər: Avropada psevdoliberallar problemləri gizlətmək istəyirlər Avropanın bir sıra ölkələrində hökumətlərin buraxılması, təkrar seçkilər və ya digər siyasi böhranlar qeyri-sabitlik hissi yaradır və bu ölkələrin sülhsevər və inkişaf yönümlü gələcəyini sual altına qoyur.
Region
6 Yanvar , 2025 19:20
Gürcü siyasətçilər: Avropada psevdoliberallar problemləri gizlətmək istəyirlər

Avropanın bir sıra ölkələrində hökumətlərin buraxılması, təkrar seçkilər və ya digər siyasi böhranlar qeyri-sabitlik hissi yaradır və bu ölkələrin sülhsevər və inkişaf yönümlü gələcəyini sual altına qoyur.

“Report”un məlumatına görə, bunu “Xalq Gücü” partiyasının üzvü Tamta Meqrelişvili sosial şəbəkədə yazıb.

Onun fikrincə, Avropadakı siyasi böhran artıq özünü gizlədə bilmir, Avstriya, Fransa, Almaniya, Niderland, İspaniya, Belçika, Rumıniya, Bolqarıstan çətin siyasi vəziyyətdədir.

Meqrelişvilinin sözlərinə görə, bunun fonunda Gürcüstan hökumətinin ehtiyatlı olmasının vacibliyini bir daha dərk etmək lazımdır. Onun sözlərinə görə, adıçəkilən ölkələr indiki siyasi təlatümlü zonanın öhdəsindən gələ bilmədilər və böyük böhran içindədirlər.

“Bu xaosun fonunda biz Gürcüstanda hakimiyyət komandasının siyasi addımlarının vacibliyini bir daha dərk etməli, ölkənin dinc və sabit inkişafının qarşısına süni şəkildə yaradılmış maneələrin qarşısını almalıyıq”, - Meqrelişvili "Facebook"da yazıb.

Həmin partiyanın digər üzvü Tamar Çiburdanidze bəyan edib ki, Avropada ciddi siyasi böhran var:

“Səkkiz ölkədə hökumət dəyişiklikləri gözlənilir. Tramp Böyük Britaniya kralını parlamenti buraxmağa və növbədənkənar seçkilər təyin etməyə çağırır. Kanadanı da tənqid edir. Amerikanın yeni siyasəti Avropa və Böyük Britaniyaya hücum edir, müharibə siyasətini sülh siyasəti ilə əvəz edir, Amerika ilə Çin arasında yeni siyasi proseslərə hazırlaşır”.

O bəyan edib ki, Gürcüstanda anlayırlar ki, 2025-ci ildə onları yeni çağırışlar gözləyir və həmin çağırışların öhdəsindən gəlməklə Gürcüstanı yanan regiondan xilas etmək olar.

“Xalq Gücü” partiyasının başqa bir üzvü Zurab Kadagidze Avropada gedən siyasi prosesləri “idiotokratiya” adlandırıb.

O həmin prosesləri Gürcüstandakı hazırkı siyasi hadisələrlə müqayisə edib:

Avropada “İdiotokratiya”...

Avropada:

* Almaniya və Niderland hökuməti dağıldı!
* Fransada hökumət böhranı var!
* İspaniya büdcəni təsdiq edə bilməz!
* Belçika hökumətsiz qaldı!
* Avstriya kansleri istefa verdi!
* Bolqarıstanda yeni seçkiləri gözləyirlər!

Gürcüstanda:

* Hökumət təsdiqləndi!
* Büdcə qəbul edilir!
* Prezident seçildi!

İndi bir ritorik sual - siz deyirsiniz ki, Avropada hansı miqyasda prosesləri axmaqlar idarə edirdi ki, gicitkəndə boyunlarına qədər uzananlar belə reallığı dərk edə bilmirlər?!”.

Siyasi analitik Qia Abaşidze isə bəyan edib ki, ciddi böhran yaşayan avropalı siyasətçilərin Gürcüstanın daxili işlərinə qarşıması yolverilməzdir:

“Hazırda bəzi Avropa ölkələri böhran içərisində yaşayırlar. Onlar öz problemlərini görməzdən gəlir, Gürcüstanda qondarma demokratik seçkilər keçirilməsini tələb etməklə hökumətin başını qarışdırırlar”.

Onun sözlərinə görə, hazırda Avropada psevdoliberal xarici media problemləri gizlətməyə və sadələşdirməyə çalışır.

“Bəzi cəsarətsiz xarici aktorların öz problemlərini görmədən Gürcüstanda demokratik seçkilər keçirilməsini iddia etməsi qətiyyən yolverilməzdir. Onlar qondarma iddiaları ilə Gürcüstan hökumətini məşğul etməkdənsə, Avropadaxili böhranla məşğul olsalar, daha yaxşıdır. Psevdoliberal xarici media problemləri sadələşdirməyə çalışsa da, sosial şəbəkələr və çoxsaylı KİV-lər Avropadakı siyasi böhranı işıqlandırmaq üçün az da olsa cəhd göstərirlər”, – Abaşidze vurğulayıb.

Son xəbərlər

Orphus sistemi