Gürcüstandakı etirazlar Qərb təşkilatları tərəfindən maliyyələşdirilir, pullar Qərbdən daxil olur.
“Report” "Rossiya" telekanalına istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin keçmiş administrasiyasının rəhbəri, politoloq Petre Mamradze bildirib.
Onun sözlərinə görə, paytaxtdakı iğtişaşların əksər iştirakçıları zəngin ailələrdən olan gənclər, varlı partiyalar və Qərb təşkilatları tərəfindən maliyyələşdirilən insanlardır.
"Bu, vətəndaş cəmiyyəti olmayan, əksinə, Saakaşvili rejiminin əlində alətə çevrilən qeyri-hökumət təşkilatları şəbəkəsidir. Pullar Qərbdən gəlir – bu, USAID və ya Demokratiya İnstitutu, ya da Respublika İnstitutu və s.-dir", - P.Mamradze bildirib.
Tbilisi və Gürcüstanın digər şəhərlərində etirazlar Baş nazir İrakli Kobaxidzenin respublikanın 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlüklə bağlı danışıqları dayandırdığını bəyan etməsindən sonra noyabrın 28-də başlayıb.