Gürcü politoloq: Azərbaycanda iğtişaş yaratmağı bacarmayan Qərb ölkələri indi Gürcüstana fokuslanıblar

Gürcü politoloq: Azərbaycanda iğtişaş yaratmağı bacarmayan Qərb ölkələri indi Gürcüstana fokuslanıblar Azərbaycanda iğtişaş yaratmağı bacarmayan Qərb ölkələri indi Gürcüstana fokuslanıblar. Onlar daha ciddi şəkildə Gürcüstanda çaxnaşma yaratmaqla dövlət çevrilişinə cəhd etməyə çalışacaqlar.
Region
5 Sentyabr , 2024 15:37
Gürcü politoloq: Azərbaycanda iğtişaş yaratmağı bacarmayan Qərb ölkələri indi Gürcüstana fokuslanıblar
Badri Naçkebiya

Azərbaycanda iğtişaş yaratmağı bacarmayan Qərb ölkələri indi Gürcüstana fokuslanıblar. Onlar daha ciddi şəkildə Gürcüstanda çaxnaşma yaratmaqla dövlət çevrilişinə cəhd etməyə çalışacaqlar.

Bu sözləri "Report"un Gürcüstan bürosuna bu ölkənin əməkdar jurnalisti, siyasi şərhçi Badri Naçkebiya deyib.

O qeyd edib ki, Qərb ölkələri Azərbaycanda keçirilən parlament seçkilərinə müdaxilə etməyə çalışdı. Amma Azərbaycan onların məkrli planlarını pozmağı bacardı və dinc şəraitdə parlament seçkilərini qaydalara uyğun olaraq təşkil etdi: "Qərb Azərbaycan hakimiyyətini tənqid etməyə, günahlandırmağa çalışdı. Maraqlısı budur ki, onlar bunu heç bir əsas olmadan etdilər. Belə olanda isə onların qərəzli mövqeyinin bir daha şahidi olduq. Bu da o deməkdir ki, onların bütün istəyi sadəcə olaraq Cənubi Qafqazda hansısa formada qarışıqlıq salmaqdır".

B.Nackebiya bildirib ki, artıq Qərbin maliyyələşdirdiyi QHT və media qurumları daha aktiv fəaliyyətə keçiblər. Bu da Qərb tərəfdən onlara artan maliyyə yardımı nəticəsində baş verir.

"Maliyyə yardımı alan təşkilatlar müxtəlif yollarla Qərbin ideologiyasını gürcü xalqına yamamağa çalışır. Bu da bizim xalq üçün yad olan məsələlərdir. Bizə təqdim edilən gürcü xalqının milli maraqlarına, mentalitetinə uyğun deyil. Ona görə də hakim “Gürcü Arzusu” partiyası öz seçki siyasətini milli maraqlar və dini dəyərlər üzərində qurur. Təəssüflər olsun ki, bu dəyərlərlə Qərbdən maliyyələşən və qərbyönümlü müxalifət razılaşmır. Onlar bu addımları ilə bir daha sübut edirlər ki, Qərb tərəfdən dəstəklənən təşkilat və müxalifətin apardığı siyasət gürcü xalqının milli maraqları ilə üst-üstə düşmür”, - siyasi şərhçi vurğulayıb.

Onun sözlərinə görə, yaranan bu şəraitdən hakim partiya layiqincə öz xeyrinə istifadə edəcək və böyük bir kütləni öz tərəfinə çəkməyi bacaracaq, necə ki, hazırda edir. Dünyanın böyük ölkələri, təşkilatları Gürcüstanda keçiriləcək seçkiləri diqqətlə izləyəcəklər: "Bundan istifadə edən müxalifət isə birləşməyə çalışacaq və hamılıqla hakim “Gürcü Arzusu” partiyasına qarşı mübarizə aparacaqlar. Qərb isə radikal çıxışlar və bəyanatlarla onlara dəstək verəcək. Bu da bir tərəfdən təəssüf doğurur ki, Qərbin maraqlarının nə olduğunu bilən müxalifət yenə də onların oyuncağı olur. Amma biz xalq olaraq buna imkan verməyəcəyik. Artıq bu prosesə başlanılıb. “Xarici təsirin şəffaflığa haqqında" qanun da məhz bunun üçün qüvvəyə mindi. Bu qanunla Qərbin çirkli oyunları əhalinin diqqətinə çatdırılacaq".

Son xəbərlər

Orphus sistemi