Gürcüstanda hazırda seçkiöncəsi vəziyyət sabit olsa da, radikal müxalifət partiyaları Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı məqsədli şəkildə təzyiq və diskriminasiya kampaniyası aparırlar.
Bu sözləri "Report"un yerli bürosuna müsahibəsində gürcü ekspert David Çikelidze bildirib.
Onun sözlərinə görə, oktyabrın 11-də MSK işçilərinə mesaj göndərib, onlara vəzifələrindən istefa vermələri üçün təzyiq göstərilməsi yolverilməzdir, burada Qərbin də böyük rolu var:
"Təəssüflər olsun ki, Qərb ölkələrində Gürcüstanın daxili işlərinə müdaxilə həddindən artıq çoxdur. Onların səfirlərinin dediyindən bəlli olur ki, hazırkı Gürcüstan hakimiyyəti onlar üçün qəbuledilməzdir və çalışırlar ki, hakim “Gürcü Arzusu” partiyasını nüfuzdan salsınlar. Ümid edirəm ki, hakimiyyət bu təzyiqlərin öhdəsindən gələcək".
Ekspert qeyd edib ki, seçkidən sonra Gürcüstan ilə Azərbaycan arasında dəyişən heç nə olmayacaq:
"Gürcüstan və Azərbaycan arasında tarixən çox yaxşı əlaqələr olub. “Gürcü Arzusu” hakimiyyətə gəldikdən sonra münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Baş nazir İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyevin birgə bəyanatları da bunu bir daha təsdiq edir.