İndoneziyada su basmış mədəndən 13 şaxtaçının meyiti çıxarılıb

Digər ölkələr
  • 26 noyabr, 2026
  • 11:33
İndoneziyada su basmış mədəndən 13 şaxtaçının meyiti çıxarılıb

İndoneziyada xilasedicilər leysan yağışları səbəbindən su basmış mədəndən qanunsuz fəaliyyət göstərən 13 şaxtaçının meyitini çıxarıblar.

"Report" xəbər verir ki, bu barədə İndoneziyanın "Antara news" agentliyi məlumat yayıb.

Həlak olanların meyitləri 40 metrə qədər dərinlikdə aşkarlanıb.

Daha 13 nəfərin mədəndə köməksiz vəziyyətdə qaldğı ehtimal olunur.

Bazar ertəsi günorta saatlarında qanunsuz qızıl hasilatı ilə məşğul olan 26 nəfər şaxtaya enib. Lakin güclü yağışlar nəticəsində şaxtanı su basıb və onlar içəridə köməksiz vəziyyətdə qalıblar.

Qeyd olunur ki, son illərdə İndoneziyanın bir sıra regionlarında faydalı qazıntıların icazəsiz hasilatı geniş vüsət alıb.

Daha əvvəl İndoneziya hökuməti bütün ölkə üzrə 1 063 qanunsuz dağ-mədən müəssisəsinin dövlətə 300 trilyon rupi (təxminən 16,3 milyard dollar) məbləğində ziyan vurduğunu bildirmişdi.

44 filmi