“Gürcü Arzusu”: Qaribaşvilinin istefası ilə bağlı xəbərlər dezinformasiyadır

Region
  • 03 dekabr, 2024
  • 14:53
“Gürcü Arzusu”: Qaribaşvilinin istefası ilə bağlı xəbərlər dezinformasiyadır

“Gürcü Arzusu”nun sədri, keçmiş Baş nazir İrakli Qaribaşvilinin istefası ilə bağlı yayılan xəbərlər dezinformasiyadır.

"Report"un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin birinci vitse-spikeri Giya Volski bu barədə yayılan şayiələri təkzib edib.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə İ.Qaribaşvilinin istefası xəbəri yayılmışdı.

44 filmi