G7 ölkələrinin XİN rəhbərləri İranı bölgədəki gərginliyi azaltmaq üçün əməkdaşlığa çağırıb

G7 ölkələrinin XİN rəhbərləri İranı bölgədəki gərginliyi azaltmaq üçün əməkdaşlığa çağırıb G7 ölkələrinin xarici işlər nazirləri BMT Baş Assambleyası ilə eyni vaxtda bəyanat yayaraq, İrandan bölgədəki gərginliyi azaltmaq üçün əməkdaşlıq etməyi və ya sənayeləşmiş bu ölkələrin reaksiyasını gözləməyi istəyib.
Region
25 Sentyabr , 2024 18:05
G7 ölkələrinin XİN rəhbərləri İranı bölgədəki gərginliyi azaltmaq üçün əməkdaşlığa çağırıb

G7 ölkələrinin xarici işlər nazirləri BMT Baş Assambleyası ilə eyni vaxtda bəyanat yayaraq, İrandan bölgədəki gərginliyi azaltmaq üçün əməkdaşlıq etməyi və ya sənayeləşmiş bu ölkələrin reaksiyasını gözləməyi istəyib.

“Report” xəbər verir ki, məlumatı “RadioFarda” yayıb.

Bildirilib ki, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyanın xarici işlər nazirləri arasında BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda görüşü olub. XİN başçıları görüşün sonunda bəyanat qəbul edib.

Onlar bir tərəfdən Qəzza zolağında, digər tərəfdən Hizbullahla İsrail arasında münaqişələrin kəskinləşməsi ilə əlaqədar dərin narahatlıqlarını ifadə edib və bildiriblər ki, yaranmış vəziyyətin nəticələri Yaxın Şərqi ağlasığmaz müharibə ilə genişmiqyaslı müharibəyə cəlb edə bilər.

Nazirlər Qəzza zolağında atəşkəsi, HƏMAS ekstremist qruplaşması tərəfindən saxlanılan girovların azad edilməsi üçün ABŞ, Qətər və Misirin vasitəçiliyini dəstəkləyib. İsraillə yanaşı, müstəqil Fələstin dövlətinin yaradılması qərarını vurğulayıb. Onlar və Fələstin Administrasiyasının rəhbərliyi altında İordan çayının qərb sahili ilə Qəzza zolağının birliyinə çağırıblar.

Bəyanatda İranın bölgədəki hadisələrdəki roluna işarə edilib, regionda qeyri-sabitliyi gücləndirməkdə günahlandırılır.

G7-nin XİN başçıları vurğulayıb ki, İran regionda gərginliyin azaldılmasına kömək etməlidir, əks halda onlar İranın hərəkətlərinə daha sərt sanksiyalar və ya digər cavabları qəbul etməyə hazırdırlar.

Son xəbərlər

Orphus sistemi