Bir qrup Fransa hərbçisini təlim zamanı qatar vurub, 1 nəfər ölüb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələri Nazirliyi məlumat yayıb.
“Bir qrup əsgər Frejüs bölgəsində (Var departamenti) ümumi baza hazırlığı təlimdən keçirdi. Püje-sür-Arjen yüksəkliyində qatar hərəkət edən zaman əsgərlər dəmir yolu xəttinə keçiblər”, - müdafiə qurumunun rəhbəri Sebastien Lekornünün dərc edilən açıqlamasında bildirilib.
Qeyd olunub ki, hadisə nəticəsində bir hərbi qulluqçu ölüb. Digər iki nəfər isə yüngül xəsarət alıb və Frejüs xəstəxanasına çatdırılıb. Üçüncü zərərçəkmiş isə şok vəziyyətində təxliyə edilib.
Hadisə yerinə həkimlərlə yanaşı xilasedicilər, jandarm və polis cəlb olunub.
Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.