Ermənistanda bağçada yanğın baş verib, 117 uşaq təxliyə edilib

Ermənistanda bağçada yanğın baş verib, 117 uşaq təxliyə edilib Ermənistanın Spitak şəhərindəki uşaq bağçalarından birində yanğın baş verib.
Region
21 Yanvar , 2025 13:24
Ermənistanda bağçada yanğın baş verib, 117 uşaq təxliyə edilib

Ermənistanın Spitak şəhərindəki uşaq bağçalarından birində yanğın baş verib.

“Report”un erməni mediasına istinadən verdiyi məlumata görə, bu barədə Lori vilayəti Xilasetmə İdarəsinin Böhranları İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, hadisə yerinə iki yanğınsöndürən briqada göndərilib. Yanğın söndürülüb. Hadisə nəticəsində sanitar qovşağında asma tavanın 1 kvadratmetrə yaxın sahəsi yanıb.

Son xəbərlər

Orphus sistemi