Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin baş naziri Nikol Paşinyana qarşı sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Milli Təhlükəsizlik Xidməti bir qrup şəxs tərəfindən Paşinyanın həyatına qəsd və Ermənistanda hakimiyyəti qəsb etmək məqsədi ilə qanunsuz olaraq silah, sursat, partlayıcı maddə əldə etmə və saxlama hallarını aşkarlayıb. Silah-sursatlar Ermənistana Qarabağdan gətirilib.
Qeyd edək ki, daha əvvəl Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyan həbs edilib. O, baş nazir Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda və hakimiyyət çevrilişinə cəhddə ittiham olunur. Lakin A.Vanetsyanın rəhbərlik etdiyi partiya bunu hakimiyyətin repressiyası kimi qiymətləndirib.