Ermənistanda meyiti qarajda aşkarlanan əsgərlə bağlı cinayət işi qaldırılıb
Region
- 15 may, 2021
- 04:55
Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində meyiti qarajda asılmış vəziyyətdə aşkarlanmış hərbi qulluqçunun ölüm faktı üzrə cinayət işi qaldırılıb.
Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.
İstintaq Komitəsinin mətbuat xidməti bildirib ki, hərbi qulluqçu Roman Baqdasaryan 13 may 2021-ci ildə yerli vaxtla saat 23:00-da hərbi hissənin özbaşına tərk edib və evə qayıdıb.
Mayın 14-də saat 06:40-da ailə üzvləri əsgərin qarajda asılmış meyitini aşkarlayıblar.
Fakt üzrə Cinayət Məcəlləsinin 110-cu maddəsi ilə cinayət işi qaldırılıb, hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün istintaq hərəkətləri və operativ-axtarış tədbirlərinə başlanılıb.
İlkin araşdırma davam edir.
Son xəbərlər
00:19
"Euronews": Ciorcia Meloni enerji əlaqələrini gücləndirmək üçün Azərbaycana səfər edəcək
Xarici siyasət00:02
Rəşad Nəbiyev Avropa çempionatında bürünc medal qazanan cüdoçunu təbrik edib
Fərdi23:57
"TİSA" Macarıstan parlamentindəki 199 yerdən 141-ni qazanıb
Digər ölkələr23:37
Xətibzadə: İran ABŞ ilə birbaşa danışıqların yeni raunduna hazır deyil
Region23:20
Naim Qasem: Hörmüz boğazının bağlanması ilə İsrailin Livana hücumları dayandırılıb
Digər ölkələr23:09
ABŞ və İsrailin hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb
Region22:57
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
Region22:32
Qalibaf: Hörmüz boğazı İranın nəzarəti altındadır
Region22:26