Ermənistan parlamentinin sədri İrəvanda vətəndaşın gözünə tüpürüb

Ermənistan parlamentinin sədri İrəvanda vətəndaşın gözünə tüpürüb Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanın mərkəzində onu satqın adlandıran vətəndaşın gözünə tüpürüb.
Region
2 Aprel , 2023 17:56
Ermənistan parlamentinin sədri İrəvanda vətəndaşın gözünə tüpürüb

Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanın mərkəzində onu satqın adlandıran vətəndaşın gözünə tüpürüb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan deputat Aspram Krpeyanla birlikdə vətəndaşın hüquqlarını qorumaq üçün polis idarəsinə gedən “Şərəf duyuram” fraksiyasından olan həmkarı Hayk Mamicanyan feysbuk hesablarında canlı yayımda bildirib.

“İrəvanın mərkəzində repatriant Karen Mkrtçyan parlamentinin sədrini görüb və “satqın” - deyə qışqırıb. Bundan sonra Alen Simonyan cangüdənlərinə Karenin qollarından tutmaq göstərişini verib, cangüdənlər Alenin göstərişini yerinə yetiriblər, Simonyan Kareni nalayiq sözlərlə söyüb, bundan sonra vətəndaşın gözlərinə tüpürüb.

O, bunu vətəndaşın çoxsaylı mühafizəçiləri tərəfindən saxlanmasından istifadə ilə edib. Bundan sonra mühafizəçilər polis gələnə qədər Kareni saxlayıblar. Karen polis bölməsinə aparılıb, şəxsiyyəti müəyyən edildikdən sonra sərbəst buraxılıb”, - Mamicanyan bildirib.

Mamicanyanın sözlərinə görə, bu, ona görə edilir ki, daha hakimiyyətin ünvanına belə sözlər deyilməsin.

“Belə hallarda ya Karen, ya da digər vətəndaşlar bizim müdafiəmiz altında olacaq. Onlar satqındırlar və bunu dayanmadan eşidəcəklər”, - Mamicanyan bildirib.

Polis binasının yanında olan deputat Aspram Krpeyan da əlavə edib ki, vətəndaş faktiki olaraq söz azadlığı hüququndan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi