Ermənistan Baş Qərargah rəisinin müavini NATO Hərbi Komitəsinin iclasında iştirak edib

Ermənistan Baş Qərargah rəisinin müavini NATO Hərbi Komitəsinin iclasında iştirak edib Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Artur Yeroyan videobağlantı vasitəsilə NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib.
Region
11 İyun , 2024 21:52
Ermənistan Baş Qərargah rəisinin müavini NATO Hərbi Komitəsinin iclasında iştirak edib

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Artur Yeroyan videobağlantı vasitəsilə NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən iclasında iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“General-mayor Yeroyan öz çıxışında Ermənistanın müdafiə sektorunun transformasiyasında NATO ilə əməkdaşlığın vacibliyini vurğulayıb və NATO-nun himayəsi altında sülhməramlı missiyalarda davamlı iştiraka sadiqliyini təsdiqləyib”, – məlumatda bildirilib.

Mətbuat xidməti qeyd edib ki, görüşün keçirilməsində məqsəd aktual beynəlxalq və regional məsələləri, o cümlədən NATO ilə tərəfdaş dövlətlər arasında əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

Son xəbərlər

Orphus sistemi