Ermənistan Auditorlar Palatasının sədri: Yaxın 25 ildə ölkədə erməni qalmayacaq

Ermənistan Auditorlar Palatasının sədri: Yaxın 25 ildə ölkədə erməni qalmayacaq Yaxın 10 ildə Ermənistan əhalisinin sayı 800 min nəfər azalaraq 2,2 milyon nəfər təşkil edə bilər.
Region
9 Sentyabr , 2024 10:56
Ermənistan Auditorlar Palatasının sədri: Yaxın 25 ildə ölkədə erməni qalmayacaq

Yaxın 10 ildə Ermənistan əhalisinin sayı 800 min nəfər azalaraq 2,2 milyon nəfər təşkil edə bilər.

"Report" xəbər verir ki, bunu "Sputnik-Armeniya"ya Ermənistan Auditorlar Palatasının sədri Nairi Sarkisyan deyib.

“Bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq”, – o bildirib.

Sədr əsas səbəblərdən biri kimi mühacirəti göstərib - keçən il Ermənistanı 48 min vətəndaş tərk edib. Bu ilin sonuna kimi ölkədən gedənlərin sayının 2023-cü ilin göstəricisini üstələyəcəyi istisna edilmir.

Ermənistanda orta doğum əmsalı da dəyişib və ilkin məlumatlara görə, 1,4-1,5 təşkil edir.

N.Sarkisyanın sözlərinə görə, işsizliklə bağlı vəziyyət də ürəkaçan deyil. Ölkədə 1 milyon 150 min insanın sosial qayğıya ehtiyacı var. Onlardan 204 mini işsizdir, 960 mini (pensiyaçılar, uşaqlar, fiziki imkanları məhdud olan şəxslər) isə iş prosesində iştirak etmir.

“560 minə yaxın insan sosial müavinət və pensiya alır, qeydiyyatda olan işçilərin sayı isə 760 min nəfərdir, yəni, təxminən 1,3 nəfər təkcə özünün və ailəsinin rifahını təmin etmir, həm də gəlir vergisi hesabına pensiya və ya müavinət ödəyir”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi