Ermənilər Rusiyanın Yerevandakı səfirliyi qarşısına yürüş edəcəklər

Ermənilər Rusiyanın Yerevandakı səfirliyi qarşısına yürüş edəcəklər Erməni rejissor Mqer Mkrtçyan, prodüser Armen Qriqoryan və aktyor Toxatyan Qrant və digər şəxslər Ermənistan əhalisinə müraciət ediblər.
Region
29 Noyabr , 2020 02:49
Ermənilər Rusiyanın Yerevandakı səfirliyi qarşısına yürüş edəcəklər

Erməni rejissor Mqer Mkrtçyan, prodüser Armen Qriqoryan, aktyor Toxatyan Qrant və digər şəxslər Ermənistan əhalisinə müraciət ediblər.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

"Belə çıxdı ki, Ermənistanda hakimiyyət yoxdur. Dövlətin hər hansı səlahiyyətli orqanı yoxdur ki, müharibədə itkin düşənlərin və əsir götürülənlərin qaytarılması, həmçinin həlak olmuş əsgərlərin basdırılması prosesi ilə koordinasiyalı şəkildə məşğul olsun”, - deyə onların çağırışında bildirilir.

Onlar bildiriblər ki, Ermənistandakı bu problemlərin həlli harada yaşamasından asılı olmayaraq, hər bir ermənidən asılıdır.

Müraciət müəllifləri bu gün yerli vaxtla saat 12:00-da, “Azadlıq” meydanından Rusiya Federasiyasının Yerevandakı səfirliyinin binası qarşısına yürüş edəcəklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi