Kipr probleminin adadakı faktlar əsasında ədalətli və qalıcı həllinin tapılması vacibdir.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstan Baş naziri Kiriakos Miçotakislə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı deyib.
"Belə bir addım regionumuzun sabitliyini və sülhünü gücləndirəcək", - Ərdoğan bildirib.
O qeyd edib ki, bu gün Kiriakos Miçotakislə keçirdiyi görüş zamanı bu məsələni ətraflı müzakirə edib:
"Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur, mübahisəli məsələlər açıq dialoq yolu ilə həll ediləcək".
Türkiyə lideri əlavə edib ki, ötən il Afinada toplanan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclası Ankarada keçiriləcək.
K.Mitsotakis isə öz növbəsində söyləyib ki, ikitərəfli anlaşma mühiti daha müsbət istiqamətdə inkişaf edir: "Biz göstərdik ki, müsbət dialoqu davam etdirmək əzmindəyik".