Putin və Ərdoğan Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıblar

Putin və Ərdoğan Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıblar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb
Region
5 Avqust , 2022 21:01
Putin və Ərdoğan Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıblar

Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan hesab edirlər ki, Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq vacibdir.

“Report” xəbər verir ki, bu barədə liderlərin cümə günü Soçi görüşündən sonra qəbul olunmuş birgə bəyanatında deyilir.

"Qaldırılan məsələlər arasında Suriyada baş verən son hadisələr də var. Tərəflər siyasi prosesin irəliləməsinə böyük önəm verdiklərini təsdiqləyiblər. Suriyanın siyasi birliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyi qeyd edilib", - sənəddə deyilir.

16:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı əməkdaşlıqda “yeni səhifənin açılacağını” deyib.

O, Türkiyənin Mersin şəhərində “Akkuyu” AES-in tikintisi layihəsi çərçivəsində işlərin davam etdirilməsinin vacibliyini də vurğulayıb:

“Ümid edirəm ki, bugünkü danışıqların nəticələrindən sonra məsələ müəyyən nöqtəyə gətiriləcək, qiymətləndirmə aparılacaq, qərarlar veriləcək ki, bu da prosesin uzanmasının qarşısını alacaq”.

Türkiyənin dövlət başçısı işlərin əvvəllər təsdiq edilmiş qrafikə uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıb və xatırladıb ki, “Akkuyu” AES Türkiyənin ehtiyac duyduğu bütün elektrik enerjisinin 10 faizini istehsal edəcək.

Putin öz növbəsində bildirib ki, Türkiyənin də iştirak etdiyi “Türk axını” qaz kəməri bu gün Avropanı Rusiyadan qazla təmin etmək üçün ən mühüm arteriyalardan biridir.

Danışıqlar Soçidəki “Rus” sanatoriyasının "İmperial" korpusunun "Yaşıl" zalında gedir.

Son xəbərlər

Orphus sistemi