Ərdoğan İspaniya Kralı ilə görüşüb - YENİLƏNİB

Ərdoğan İspaniya Kralı ilə görüşüb - YENİLƏNİB İspaniyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin kralı VI Felipe ilə görüşüb.
Region
13 İyun , 2024 03:52
Ərdoğan İspaniya Kralı ilə görüşüb - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madridə səfəri çərçivəsində İspaniya Kralı VI Filip ilə görüşüb.

“Report” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.

Görüş zamanı ikitərəfli münasibətlərin vəziyyəti, o cümlədən regional və qlobal məsələlər müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə-İspaniya əlaqələrinin daha da inkişaf edəcəyinə və dərinləşəcəyinə ümidvar olduğunu bildirərək, qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrdə, o cümlədən ticarət dövriyyəsinin həcminin artırılması və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.

12.06.2024.23:33

İspaniyada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Kralı VI Felipe ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 8-ci Türkiyə-İspaniya Hökumətlərarası Zirvə toplantısında iştirak etmək üçün Madridə səfər edib.

Ərdoğanı Madrid-Torrejon de Ardoz Hərbi Hava Limanında İspaniya xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq nazirinin müavini Fernando Sampedro Markos və digər rəsmilər qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi