Emmanuel Makron: "Putin zəng etsə cavab verərəm, ancaq özüm ona zəng etməyəcəyəm”

Emmanuel Makron: "Putin zəng etsə cavab verərəm, ancaq özüm ona zəng etməyəcəyəm” “Rusiya Prezidenti Vladimir Putin zəng etsə qəbul edərəm, ancaq özüm ona zəng etməyəcəyəm”.
Region
23 İyun , 2023 12:36
Emmanuel Makron: Putin zəng etsə cavab verərəm, ancaq özüm ona zəng etməyəcəyəm”

“Rusiya Prezidenti Vladimir Putin zəng etsə cavab verərəm, ancaq özüm ona zəng etməyəcəyəm”.

“Report”un xəbərinə görə, bunu Fransa Prezidenti Emmanuel Makron “Franceinfo” telekanalına müsahibəsində bildirib.

O, aparıcının V.Putinə zəng edib-etməyəcəyi ilə bağlı sualına belə cavab verib: “Əlbəttə, telefonunun dəstəyini qaldıracağam”.

Fransa tərəfdən belə bir təşəbbüsün göstərilib-göstərilməyəcəyi ilə bağlı suala cavab olaraq E.Makron deyib ki, rusiyalı həmkarına zəng etməyə səbəb yoxdur.

Fransa Prezidenti əlavə edib ki, Rusiya ilə danışıqların bərpası Ukraynada müharibə başa çatandan sonra mümkün olacaq.

Bununla belə o, vurğulayıb ki, rəsmi Kiyevin şərtləri daxilində danışıqların zamanı gələcək.

E.Makron onu da bildirib ki, Fransa Rusiya və Ukrayna arasında vasitəçilik etməyə də hazırdır: “O, (Vladimir Putini nəzərdə tutur-red.) zəng edib, mənə təklif etsə, onda cavab verəcəyəm ki, Fransa həmişə vasitəçi dövlət olub”.

Son xəbərlər

Orphus sistemi