Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb

Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb Rusiyanın tələbə onlayn-nəşri DOXA-nın sabiq redaktoru Armen Aramyan ekstremistlər və terroristlər reyestrinə daxil edilib.
Region
1 Oktyabr , 2024 17:47
Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb

Rusiyanın tələbə onlayn-nəşri - DOXA-nın sabiq redaktoru Armen Aramyan ekstremistlər və terrorçular reyestrinə daxil edilib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi üzrə Federal Xidmət məlumat yayıb.

Daha əvvəl o, beynəlxalq axtarışa verilib.

Məlumata görə, 2022-ci ildə Moskvada məhkəmə DOXA nəşrinin redaktorları - Armen Aramyan, Natalya Tışkeviç, Alla Qutnikova və Vladimir Metelkini yetkinlik yaşına çatmayanlar arasında təbliğat aparmaqda təqsirli bilib və onları iki il islah işlərinə məhkum edib.

İş materiallarına görə, onlar yetkinlik yaşına çatmayanları icazəsiz aksiyalarda iştirak etməyə çağırıb və bununla onların həyatını təhlükəyə atıblar.

Son xəbərlər

Orphus sistemi