Dünya Bankı Ukraynaya əlavə olaraq 1,34 milyard ABŞ dolları ayırır.
"Report" xəbər verir ki, bu barədə "RBC-Ukraina" Ukrayna Baş naziri Denis Şmıqalın sosial şəbəkələrdəki bəyanatına istinadən məlumat yayıb.
“Bu vəsait pensiyaların, müəllimlərin maaşlarının ödənilməsinə, məcburi köçkünlərə dəstək və dövlət büdcəsinin digər prioritet xərclərinə yönəldiləcək”, - o qeyd edib.
Bu maliyyə paketinin əsas hissəsi Yaponiyadan (1,086 milyard ABŞ dolları) gəlir. Digər hissə isə ABŞ, İsveçrə və Ukraynaya Dəstək, Yenidənqurma və İslahat Fondunun qrantlarıdır.
Baş nazir vurğulayıb ki, beynəlxalq tərəfdaşların maliyyə yardımı Ukraynaya makromaliyyə sabitliyini təmin etməyə və bütün daxili resursları ordunun ehtiyaclarına yönəltməyə imkan verir.
Dekabrın əvvəlində Dünya Bankı Ukraynanın 1,2 milyard ABŞ dolları maliyyə dəstəyi alacağını açıqlamışdı.